----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Parisin mərkəzində atışma baş verib, bir polis öldürülüb - Foto

    Fransa paytaxtında silahlı insident olub. Diasportv.az APA-ya istinadən xəbər verir ki, silahlı şəxs polisləri atəşə tutub. İnsident nəticəsində bir polis həlak olub, daha ikisi isə yaralanıb. Atışma zamanı yaralanan polislərdən biri xəstəxanada keçinib.

    Hadisə Parisin mərkəzində, "Yelisey çölləri" adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.
     
    Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

    Cinayətkarın axtarışı davam etdirilir. İnsidentin terror aktı olduğu istisna edilmir. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür. Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.

    Daha sonra Parisin mərkəzində daha bir atışma baş verib. İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

    İŞİD terror qruplaşması Parisdə törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

    Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən xəbər verib.

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google