----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Almaniyada kürdlərlə toqquşmalarda azı 15 polis xəsarət alıb

    Almaniyanın Düsseldorf şəhərində etiraz aksiyası keçirən kürdlər və polis əməkdaşları arasında qarşıdurma olub, saxlanılanlar var.

     

    APA-nın “Spiegel”ə istinadən verdiyi xəbərə görə, məhkəmənin bir gün əvvəl aksiyada PKK  lideri Abdulla Ocalanın şəklinin nümayiş etdirilməsinə qadağa qoymasına baxmayaraq, etirazçılar terrorçuların başçısının rəsminin əks olunduğu  bayraq və ya bannerlər qaldırıblar.     

     

    Kürdlər aksiyanı dağıtmağa cəhd edən polis əməkdaşlarını daşqalaq edib. Asayiş keşikçiləri buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.     

     

    Xatırladaq ki, kürdlər sentyabrın 16-da  Köln şəhərində icazəli  etiraz aksiyası keçiriblər. Almaniyanın Ankaradakı səfiri bununla əlaqədar Türkiyə XİN-ə çağırılmışdı.   

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google