Ötən həftənin sonlarında, karantin postlarını torpaq yolla keçərək rayonlara gedən sürücülər ilə bağlı araşdırmalar davam edir.

Bu barədə Open.az-a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib.

O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində minə yaxın sürücü aşkar edilərək İnzibati Xətalar məcəlləsinin 211-ci maddəsi ilə 100 manatdan 200 manatadək cərimə edilib.

Bundan başqa, xüsusi karantin rejimi qaydalarını pozduğu üçün 3 sürücü inzibati qaydada həbs edilib.

K.Əliyev bildirib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirirlir. Karantin postunu torpaq yolla keçən daha bir neçə sürücü barəsində inzibati qaydada tədbir görüləcək.