.





    Milli Məclisdə bir sıra sənədlərə dəyişikliklər qəbul edilib

    Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında bir sıra qanunlar qəbul edilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, iclasda “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda və Cinayət-Prosessual Məcəllədə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

    Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə” məlumat verib. Layihə Muxtar Respublikanın Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutub. Layihə səsə qoyularaq qəbul edilib.

    Sonra parlamentin Səhiyyə komitəsinin  sədri  Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov  “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim ediblər. Bildirildi ki, təklif olunan bu  dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Sənəd  səsə qoyularaq  qəbul edildi.

    Milli Məclis “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə”,  Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrini də qəbul edib.

    Daha sonra iclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

    Bununla da Milli Məclisin iclası başa çatıb.

    Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclası  açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bir neçə gündən sonra xalqımız tariximizə qızıl hərflərlə yazılmış 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək: “Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir.  Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Heydər Əliyevin yüksək səriştəsi, liderlik bacarığı, zəngin dövlətçilik təcrübəsi Azərbaycanı siyasi təlatümlərdən, beynəlxalq təcriddən xilas etdi. Ölkəmizdə hökm sürən özbaşınalıq aradan qaldırıldı və ictimai-siyasi sabitlik təmin olundu. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlar başlandı, dövlətçiliyin əsasları yaradıldı. Buna paralel olaraq, cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi. Demokratik inkişaf, insan hüquqları ilə bağlı çox ciddi islahatlara start verildi”.

    Spiker qeyd edib ki, qurtuluş tarixi məhz Milli Məclisdə yazılmağa başlanıb: “Ulu Öndərin parlamentimizə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə çevrildi. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

    Sonra parlamentin iclas zalında Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar hazırladığı video-material nümayiş olunub.

    Tədbirdə çıxış edən deputatlar Milli Qurtuluş Günü ilə əlaqədar fikirlərini bölüşüblər, bu günün Milli tariximizdəki rolunu və əhəmiyyətini xüsusi vurğulayıblar, seçiciləri maraqlandıran məsələlərdən söhbət açıblar.

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Parlamentinin Ermənistanın Dağlıq Qarabağa üçüncü yol çəkməsi əleyhinə verdiyi bəyanatı Azərbaycan diplomatiyasının uğuru və Avropa Parlamentinin obyektiv qərarı kimi dəyərləndirdilər.

    Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb.

    “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

    Müzakirələr zamanı çıxış edən deputatlar 2019-cu ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirdiblər, qeyd və təkliflərini veriblər. Bir sıra məsələlərə maliyyə naziri Samir Şərifov tərəfindən aydınlıq gətirilib.

    Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google