.





    Sərt karantin günlərində yalnız bu şəxslərə avtomobillərdən istifadəyə icazə veriləcək - Operativ Qərargah

    Bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəyə icazə veriləcək.

    Məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google