.





    "Xatirənin başı ictimai işlərə qarışıb"- Gövhər Həsənzadə Xatirəni tənqid etdi

    "Xatirə İslama belə bir sual verin, Gövhər Həsənzadə ilə axırıncı dəfə nə zaman bir araya gəlib mahnı haqqında danışmısan? İli deməsə də, heç olmasa əsri desin, inanın mənə, deyə bilməyəcək. Ən çox “niyə” sualını verən mənəm. Bir Xatirədən soruşun, niyə mənə yaxınlaşıb mahnı soruşmur? Mənə görə, müğənni bəstəkara müraciət etməlidir. Mən bütün müğənniləri necə yığım ki, durun, bizə gəlin. Müğənni bəstəkarı seçir. Çünki mahnını müğənni ifa edir. Müğənnini zorla ifa etdirə bilmərsən. Xatirənin bu dəqiqə başı Gövhərdən çox ictimai işlərə qarışıb".

    Bu sözləri bəstəkar Gövhər Həsənzadə müğənni Xatirə İslam haqqında söyləyib:

    “Amma Xatirəyə sual edən lazımdır ki, sən Gövhərin yanında nə zaman olmusan? Xatirə uşaqlarımın içində ən ərköyünüdür. Otura-otura, elə deyir, mənə mahnı verin. Eybi yox, qoy məndən şikayət etsin. Gərək, Xatirəni çağıram ki, gəl, mahnı oxu, daha danışma. Oxuyandan sonra 1-2 il mənim haqqımda danışmayacaq. Bunu da deyim, Xatirə elə müğənnidir ki, mən nə deyirəmsə, edir. Xatirə işlədiyim müğənnilər içərisində mənim sözümə ən çox baxan müğənnidir. Ümumən ərköyün olsa da, məsuliyyətlidir. Zəng vurum ki, sabah 11-də bizdə ol, mahnı üzərində işləyək, gələcək. Xatirənin mənfi cəhəti odur ki, gözləyir, bəstəkar onu çağırsın. Xatirə bugün mənə ona görə əsəbidir ki, mən hər şeyi hazır edib onu çağırmıram”.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google