----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    “İnanmıram ki, Avropa mədəniyyəti mənim mədəniyyətimə çatsın” — Elnarə Abdullayeva - VİDEO

    Əməkdar artist Elnarə Abdullayeva daha bir açıqlaması ilə gündəmi zəbt edib.

    Ifaçı ARB TV-də yayımlanan “Söhbət var” proqramında özünü cəmiyyətdə kübar aparanları ələ salaraq, məsxərəyə qoyub:

    “Kim, nə olur olsun, amma bircə qeyrətin olsun. Yalandan çəngəl-bıçaqla yemək, özünü kübar göstərməklə deyil. Bəzi kənd qızları var, özlərini burada şəhərli kimi göstərirlər. Ondansa sən özün ol. Mən özüm kənddən gəlmişəm. İnanmıram ki, Avropa mədəniyyəti mənim mədəniyyətimə çatsın.

    Avropaya gedəndə onlara paxıllıq edirəm. Bilirsiz niyə? Çünki, kənddən gələn adamam, qoyun otarmışam, heyvana baxmışam. Amma əlimdək kağızı belə küçədə yerə atmamışam. Bu nə deməkdir ki?

    İnsanın qanında, canında mədəniyyət olmalıdır. Çəngəl, bıçaq mədəniyyət deyil”.

    Qeyd edək ki, bir müddət öncə Əməkdar artistin verlişlərin birində söylədiyi “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin” sözləri qalmaqala səbəb olmuşdu.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google