• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    Bilal Əliyevin səhhəti ilə bağlı SON MƏLUMAT - O, hazırda... / AÇIQLAMA

    “Bu yay istirahət üçün xaricə getməmişəm. Allaha şükürlər olsun ki, hamı dincəlməyə Azərbayacana gəlir. Ölkəmizdə turizm üçün hər cür şərait yaradılıb”.

    Bu fikirləri Redaktor.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib. O bildirib ki, bir müddətdir yeni mahnılar yazdırmır. Buna səbəb isə dişlərini düzəltdirməsidir:

    “Yaşla bağlı dişlərimdə problem yaranıb. Onların bəzilərini çıxartdırdım, yerinə diş əkdirirəm. Hazırda müalicə prosesi davam edir”, - deyə xalq artisti əlavə edib.


    Bilal Əliyev vurğulayıb ki, dişləri ilə bağlı müalicə alması toylara getməsinə mane olmur. Lakin xalq artisti toy qiymətlərində endirim edib:

    “O vaxt insanlarda pul çox idi, istədiyim məbləği verirdilər. İndi mənim 60 yaşım var. Özümə söz vermişəm ki, qalan ömrümü xalqıma həsr edəcəm. Buna görə də toy qiymətlərini endirmişəm ki, hamı məni övladının xoş gününə dəvət edə bilsin. Amma elə insanlar var ki, pulu çoxdur. Belələrinə qiymət deyirəm. Məsələn, 10-20 min... Vaxt olub ki, onlar məni 110 min dollara toya çağırıblar. Bilirəm ki, indi onların da vəziyyəti yaxşı deyil.

    Bir müddət öncə ingilis dilini öyrənən Bilal Əliyev bu yaxınlarda İngiltərəyə toya getdiyini də deyib:

    “Yaxın bir dostum dəvət etmişdi. Çox sağ olsun, məni razı yola saldı”.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)