.





    Hesablama Palatası: Valyuta hərraclarında bankların tələbi təklifdən çox olub

    2019-cu ildə Azərbaycanda manatla geniş pul kütləsi artmaqda davam edib (artım 24,5% olub), pul bazasının artımına (27,3% olub) valyuta satışlarında aylar üzrə orta göstəricilərdən kənarlaşmaların böyük olması təsir göstərib.

    Bu barədə Hesablama Palatasının "2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

    Rəyə əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrlərini il ərzində bir neçə dəfə azaltsa da, valyuta hərraclarında bankların tələbi təklifdən çox olub.

    “Ötən il AMB və Azərbaycan Dövlət Neft Fondu (ARDNF) birlikdə 6,6 milyard ABŞ dolları məbləğində xarici valyuta satıb, Fonddan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert (11,4 milyard manat) tam reallaşdırılıb. Hərraclarda aylıq satış 316 – 886 milyon ABŞ dolları arasında dəyişib, ən az vəsait iyunda, ən çox vəsait isə dekabrda satılıb. 

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google