.





    Azərbaycan Premyer Liqasında yeni mövsümün təqvimi üçün İşçi Qrup yaradılacaq

    2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılacaq. 

    Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. 

    Həmçinin koronavirus pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunub. 

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google