.





    Şehiç “Qalatasaray”ın hədəfində

    “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını “Qalatasaray”da davam etdirə bilər. “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fernando Musleranın uzun müddət meydanlardan kənar qalmasının ardından qapıçı axtarışlarını başlayıb.

    Bildirilir ki, “sarı-qırmızılar” “Mançester Siti”nin 37 yaşlı qolkiperi Kladio Bravo və “Atletiko” ilə mövsüm sonu yollarını ayıracaq Antonio Adanın da xidmətində maraqlıdır.

    Ancaq “Erzurumspor”da forma geyinən İbrahim Şehiç də var. Bosniyalı futbolçunun mövsüm sonu komandası ilə müqaviləsi sona çatır.  Yayda azad agent statusuna sahib olacaq 30 yaşlı qapıçının İstanbul klubuna keçmə ehtimalı yüksəkdir.

     

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google