----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    "Qarabağ" yenidən APOEL-ə qarşı

    "Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

    Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi IV turun görüşündə APOEL-in qonağı olacaq. Cənubi Kiprin paytaxtı Nikosiyadakı "GSP Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21.55-də start götürəcək.

    Bu komandaların oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşmiş III tur matçında heç-heçə qeydə alınıb – 2:2. "Qarabağ"la APOEL cari mövsümdə Çempionlar Liqasının III təsnifat mərhələsində də rəqib olub. İlk oyunda Azərbaycan çempionu (2:1), cavab görüşündə Cənubi Kipr çempionu qələbə qazanıb (2:0). Nəticədə APOEL mərhələ adlasa da, sonradan "Ayaks"a uduzaraq Avroliqaya düşüb.

    Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda "Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

    Beləliklə, hesabında 4 xalı olan "Qarabağ” yer aldığı A qrupunda 2-ci sıradadı. Lider "Sevilya”nın 9, ikinci pillədəki "Düdelanj”ın 3, sonuncu yerdəki APOEL-in isə 1 xalı var.

    Qeyd edək ki, qrupun digər matçında "Düdelanj” "Sevilya”nı qəbul edəcək.

    Avropa Liqası

    Qrup mərhələsi

    IV tur

    7 noyabr

    21.55 APOEL (Cənubi Kipr) - Qarabağ (Azərbaycan)

    Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Kristofer Joger (Avstriya).

    Hakim-inspektor: Georgios Bikas (Yunanıstan).

    UEFA nümayəndəsi: Ariel Kennet Şayman (İsrail).

    Nikosiya. "GSP Arena”.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google