.





    Samur-Abşeron kanalında batan 2 şəxsin meyiti tapılıb

    Bu gün Samur-Abşeron kanalında boğulan 2 nəfərin meyiti tapılıb şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu, Samur qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Əlirzayev Əlirza Tofiq oğlu və 1988-ci il təvəllüdlü Qasımov Vadim Ənibala oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  

    Samur-Abşeron su kanalında 2 nəfər batıb.

    Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Qusar rayonu, Samur qəsəbəsi ərazisindən keçən hissəsində 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google