----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı

    Ötən gecə paytaxt Bakıda və bölgələrdə iki yanğın hadisəsi qeydə alınıb.FHN-dən verilən məlumata görə, Qobustan rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli, dörd otaqlı evdə yanğın olub.

    Nəticədə evin bir otağının və dəhlizinin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın söndürülüb.

    Bakı şəhərinin Nəsimi rayonunda isə ümumi sahəsi 100 m² olan taxtadan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.Tikilinin qalan hissəsi və içərisinə yığılan oksigen balonları yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google