• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

    Bakıda binada baş verən yanğın söndürülüb.

    FHN-dən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    Saat 18:27

    Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən APA-ya verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)