----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Kafedə qətl törədən şəxsə hökm oxunub

    Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

    APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən H. Abbasquliyev 17 il azadlıqdan məhrum edilib. 

    Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində ötən il avqustun 9-da H. Abbasquliyev odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyev və Elxan Kərimovu güllələyib. Nəticədə N. Allahverdiyev ölüb, E. Kərimov isə xəstəxanaya yerləşdirilib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan, əvvəllər məhkum olunmuş H. Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKM-S markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google