----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Türkiyədən Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Hacıyev 5 il  7 ay müddətinə azadlıqdan məhrum edilib. 

    Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o istintaqdan yayınıb.

    H.Hacıyev “İnterpol” xətti ilə Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

    Cinayət işində 5 zərərçəkmiş var.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google