.





    Moskvada varlılar iğtişaşlardan qorunmaq üçün bunkerlər tikdirir -Fotolar

    Bu işdə ixtisaslaşmış şirkətlər nüvə partlayışının dalğasına belə tab gətirə biləcək sığınacağı ən azı 10 milyon rubla hazırlayırlar...

    Son aylar Rusiya varlıları imarət və bağlarının yerləşdikləri ərazidə “ailə bunkerləri” tikdirmək işinə girişiblər. Varlılar xeyli artan bu sifarişləri nüvə bombasından, qarətçilərdən, terrorçulardan və əlbəttə ki, koronavirusdan qorxduqları üçün verdiklərini iddia edirlər.

    Musavat.com kp.ru-ya istinadən xəbər verir ki, bu barədə “Bunker-İnşaat” şirkətinin kommersiya direktoru Oleq Sazonov deyib. Kommersiya direktoru deyib ki, cəmiyyətdə zaman-zaman koronavirus kimi kütləvi həyəcanverici hadisələr baş verir. “İndi də bu dövrlərdən biridir.Çoxları pandemiyanın nəticələrindən sonra sosial iğtişaşların başlayacağından qorxurlar. Hamı məsələn, Amerikada baş verənləri gördü. Kasıblar təkcə supermarketlərə deyil, həm də bahalı kotteclərə hücum edirlər. Bu mənada şəhər ətrafında yerləşən villa və bağlar risk altındadır” deyə, o bildirib.

    “Bunker-İnşaat” nüvə partlayışının dalğasına belə tab gətirə biləcək sığınacağı ən azı 10 milyon rubla tikir. Əlbəttə, hələ illər öncədə də bahalı beton örtüklər və güclü metal qapıları olan yeraltı otaqlar tikilirdi. O cümlədən, güllə keçirməyən şüşə-pəncərə də indi kifayət qədər populyardır. Bu cür təhlükəsizlik üçün qiymət daha ucuzdur- təxminən 5 milyon rubla anlaşmaq olar.

    Bu cür təhlükəsizlik tədbirləri görən əsas müştərilər isə Rublyovka və digər elit yerlərdə yaşayanlardır.

    Bildirilir ki, Rublyovka -Uspenskiy şossesindəki varlılar qəsəbəsində yaşayan bir iş adamı şirkət rəsmisinə bunkerlər haqda yarızarafat belə deyib:

    “Bəli, düşmənlərin burada bomba atması üçün heç bir yer yoxdur. Keçmiş siyasətçi, indi isə iş adamı deyib ki, Rusiyada qarışıqlıq olsa, şəhərətrafı villalar deyil, mağazalar qarət oluna bilər. Virusdan qorunmaq üçün bunker tikmək isə gülməlidir. “Burada təmiz hava ilə nəfəs alırıq, heç bir yerə getmirik, niyə bunkerə girək? Bunun üçün maska kifayət edir...” deyə, o bildirib.

    Məlum səbəblərə görə, inşaatçılar hazır bunkerləri göstərə və çəkiliş aparmağa icazə verməyiblər. Çünki bu bunkerlərin hər biri sifarişlə hazırlanır və müştərinin şəxsi sirri olaraq qalır. Lakin internetdə qısa araşdırma zamanı reklamların çoxluğu sübut edir ki, bunkerlərə təlabat artıb.

    Bu bunkerlərin təyinatı da maraqlıdır. Məsələn, elə dəmir qapılı mini-bunkerlər var ki, zirehli qapılar arxasında gizlənmək, hansısa vacib sənədlərini tez məhv etmək üçün vaxt qazanmağa lazımdır.

    Ötən il Moskvadakı “Mostoçmaş” zavodunun ərazisindəki əsl yeraltı sığınacaq aşkar edilib. Yüzdən çox miqrant burada tikiş maşınında aksessuarlar hazırlayırdılar. Televizor, soyuducu, tualet, duş olan otaqlarda yaşayan miqrantlar oradan da heç yana getmədən yemək bişirirmişlər. Hətta bunkerdə ərzaq mağazası da varmış.

    Təxminən eyni vaxtda yeraltı tikintini ən güclü reklam edən daha bir fakt üzə çıxıb. Sankt-Peterburq əməliyyatçıları Leninqrad bölgəsində bütöv bir yeraltı ”krallıq” tapıblar. Steklyannı qəsəbəsindəki bağların birindəki bunkerdən 12 bahalı oğurluq avtomobilin yerləşdiyi yeraltı məkan tapılıb.

    Sığınacaqların tikintisi ilə məşğul olan “BunkerDelux”un rəhbəri Artur Tolasov deyib ki, hazırlanan bunkerin çıxışını ərazidən bir neçə metr məsafədə qoymaq mümkündür. Əlbəttə ki, bu cür bunker sifariş verənlərin hamısının qanunla problemləri olduğunu demək olmaz. Bu bunkerlərdə bir ay və ya daha çox müddətə qalmaq üçün temperatur nəzarətçisi, kondisioner olur...Ən çəti iş isə havanın bunkerə daxil olmasıdır. Əlbəttə ki, hava bərpa sistemini kosmik gəmilərdə və ya sualtı qayıqlarda olduğu kimi hazırlamaq mümkündür, ancaq bu çox bahadır. Müştəri pula qənaət etmək və hava ilə nəfəs almaq istəyirsə, o zaman hava qəbulu yeri doğru maskalanmalıdır. Yoxsa, hava borusundan içəri gözyaşardıcı qaz və ya əl qumbarası atıla bilər.

    "Hər şey ən yaxşı detektiv filmdəki kimi edilir" deyə, firma təmsilçisi bildirir. Məsələn, evdə loft üslubunda bir kərpic divar var. Belə bir hörgü geniş boşluqları sayəsində divardakı gizli qapını tamamilə görünməz hala gətirəcəkdir. Kərpicdən birini basaraq qapını açmaq mümkündür.
    Əgər yeraltı yer birbaşa evin altındadırsa, o zaman zibil yerdəki mərtəbədəki otaqlardan edilə bilər. Məsələn, çarpayının altında. Ya da camaşırxana otağından, idman salonundan. "Müştərilər müxtəlif düymələri çox sevirlər" deyə, firma təmsilçisi davam edir. Müştəri əsas evin tikintisi zamanı gizli otağı dərhal hazırlatması isə ən əlverişli seçimdir.

    Bəs, bu tikililər nə dərəcədə qanunidir? Ekspertlər deyir ki, qanuna əsasən, yeraltı yaşayış yeri adi bir ev kimi qeydiyyata alınmalıdır. Çox vaxt belə obyektlər komplekslərin bir hissəsi kimi qeydiyyata alınır - məsələn, yeraltı qarajı olan bir kottec kimi. Bunker və ya ayrı bir yeraltı qaraj qeydiyyata alınmayıbsa, yerli hakimiyyət və ya prokurorluq onu sökməyi, ya da torpaqla doldurmağı tələb edə bilər.

    Bunkerlərdə nələr quraşdırılır? Siyahı elə də uzun deyil:

    Səsyazma studiyası
    Şərab vitrini
    Şəkil qalereyası
    İdman zalı
    Çəkiliş qalereyası

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google