.





    Vaşinqtonda komendant saatının vaxtı uzadıldı

    ABŞ-ın paytaxtı Vaşinqtonda kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün tətbiq olunan komendant saatı iyun ayının 4-nə qədər uzadılıb.

     “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Myuriel Bouzer keçirdiyi mətbuat konfransında deyib.

    Yeni komendant saatı 3 iyun saat 19:00-dan başlayacaq və bir gün davam edəcək.

    Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.

    Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

    Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

    Bütün bunlara baxmayaraq artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google