• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    Parisdə prefektura binasına hücum olub, 4 polis öldürülüb

    Fransanın paytaxtı Parisdə prefektura binasına hücum edilib.“Sky News”a istinadən verdiyi xəbərə görə, binada polislərə bıçaqla hücum olub, 4 polis əməkdaşı qətlə yetirilib.

    Hücum edən şəxs də polis tərəfindən zərərsizləşdirilərək, öldürülüb.

    Kütləvi informasiya vasitələrinin yazdığına görə, prefektura binasında polis əməkdaşlarına hücum edən şəxs polis məmuru olub. O, həmkarlarına əvvəlcə öz kabinetində, daha sonra pilləkəndə hücum edib. Hücum edən şəxslə polis əməkdaşları arasında münaqişə ehtimalı hadisənin baş verməsinə səbəb kimi göstərilir.

    Hazırda bu versiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)