.





    Bələdiyyə: Azərbaycanlılar yaşayan kənddə bütün sakinlərə ərzaq yardımı paylanıb

    Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində sərt karantin zamanı yerli sakinlərə ərzaq yardımının siyasi baxışlara görə paylanılmasına dair məlumatlar həqiqəti əks etdirmir.Xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

    Qeyd olunub ki, “Mtavari arxi” telekanalının bununla bağlı yaydığı informasiya həqiqətə uyğun deyil, mərkəzi və yerli hakimiyyəti nüfuzdan salmaq məqsədi daşıyır.

    Bildirilib ki, epidemioloji vəziyyətlə bağlı olaraq Muşevaniyə giriş-çıxış aprelin 25-dən bağlanıb və kənd sərt karantin zonası elan edilib: “Bu dövr ərzində Bolnisi bələdiyyəsi kənddə yaşayan bütün ailələrə iki mərhələdə ərzaq yardımı paylayıb. Ailələrə 100 və 50 larilik qida məhsulları siyasi baxışlarından asılı olmayaraq təqdim olunub. Kənd əhalisi üçün ərzaqların alınması üçün bələdiyyə büdcəsindən 40 160 lari vəsait ayrılıb”.

    Rayon rəhbərliyi bildirib ki, bələdiyyə üçün vətəndaşları siyasi baxışlarına görə ayırmaq qətiyyən yolverilməzdir: “Bolnisinin hər bir vətəndaşı bərabər hüquqludur və kənd sakinlərinə bütün xidmətlər və yardım qanuna uyğun formada təqdim olunur”.

    Bələdiyyə müxalif telekanalı yoxlanılmamış informasiyalar yaymaqdan çəkinməyə çağırıb. 

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google