.





    1 saylı Kliniki Tibbi Mərkəz koronavirus xəstələri üçün ayrıldı

    1 saylı Kliniki Tibbi Mərkəz xəstə qəbulunu dayandırıb məlumatına görə, bu barədə açıqlamasında mərkəzin baş həkimi Ədalət Dadaşov deyib. Baş həkim bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, mərkəz yalnız koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub: "Artıq mərkəzdə olan bütün xətələrin köçürülməsinə başlanıb. Xəstələrdən vəziyyəti yüngül olanlar ambulator müalicəyə buraxılıb, ağır xəstələr isə 1 saylı Respublika Klinik Xəstəxanası və Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına köçürülür. Bu gün xəstələrin köçürülməsi prosesi başa çatdırılacaq. Səhərdən mərkəz tam olaraq koronavirus xəstələri üçün ayrılacaq".

     

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google