• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı

    Azərbaycanda bu məhsul kəskin ucuzlaşdı

     

    Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

    Hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

    Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

    "Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın".

    Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

    "Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər".

    Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)