• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    Fond “Dədə Qorqud“ və “Azərbaycan Dünyası“ jurnalının Ali şurasının qərarı ilə Yardımlı rayon Alar kəndinin bələdiyyə sədri Şahverənov Almirzə Sabir oğlunun mükafatlandırma mərasimi keçirilib.

    Tarix: 10.01.2018  Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Presspark" jurnalının Baş redaktoru Valeh Rufullayevin təqdimatı əsasında Yardımlı rayon Alar kəndinin bələdiyyə sədri, ziyalı müəllim, xeyriyyəçi insan Şahverənov Almirzə Sabir oğlunun mükafatlandırma mərasimi keçirilib.
    BMM.az xəbər verir ki, Şahverənov Almirzə Sabir oğlu 1959-cu ildə aprelin 1-də Yardımlı rayonunun Alar kəndində anadan olunmuşdur. Orta məktəbi 1976-cı ildə fərqlənmə ilə bitirmiş, 1978-1980-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, bir müddət dil-ədəbiyyat müəllimi işləmişdir. 1995-1997-ci illərdə icra nümayəndəsinin müavini və icra nümayəndəsi vəzifələri üzrə fəaliyyət göstərmişdir. 2000-ci ildən rəsmi olaraq Yeni Azərbaycan Partiyasının üzvüdür. 2012-ci tədris ilindən Alar kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 2014-cü ildən Bələdiyyə seçkilərində qalib olaraq müəllim işləməklə bərabər Alar kənd bələdiyyəsinin sədri kimi də fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsasən xeyriyyəçiliklə məşğul olmuşdur. Şəhid ailələrinə, imkansız ailələrə, Alar kəndinin yollarının bərpasına təmannasız yardım göstərmişdir və hal-hazırda da xeyriyyəçiliklə bağlı fəaliyyətini davam etdirməkdədir.
    Beynalxalq Mətbuat Mərkəzində təşkil olunmuş tədbirdə bir çox ictimai təşkilatların nümayəndələri, tanınmış jurnalistlər, qəzet redaktorları, dəyərli qələm sahibləri və şairlər iştirak etdilər.
    A. Şahverənovla görüşə "Dədə Qorqud" Milli Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının Baş redaktoru Eldar İsmayılov, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri və hüquqşunas Mehriban Abdullayeva, "Presspark" jurnalının və "Revanş" qəzetinin nümayəndələri, "AzPress.az" saytının əməkdaşı və könüllü olaraq dəyərli vətəndaşlarımız iştirak etdilər və öz dəyərli fikirlərini səmimiyyətlə bölüşdülər.
    Tədbir zamanı Almirzə müəllim "Dədə Qorqud" Milli Fondunun prezidenti və "Azərbaycan Dünyası" jurnalının Baş redaktoru Eldar İsmayılov tərəfindən gördüyü işlərinə görə "Qızıl Ürək" ordeni ilə təltif olunub. Həmçinin KİVİHİ-nın rəyasət heyətinin qərarı ilə xalq və prezident İlham Əliyev tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə "İnam Şərəf" və "Azərbaycan Bayrağı" diplomuna layiq görülmüşdür.
    Tədbirdə Azərbaycan Himni səsləndirilmişdir. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)