• Azərbaycan Bakı. Baş redaktor.V.Rufullayev. E-mail: valeh-rufullayev@mail.ru
  • .





    SON DƏQİQƏ

    DTX və polis əməliyyat keçirdi: silah-sursat tapıldı

    Aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

    DTX-nin Mətbuat Xidmətindən  verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd " Revolver" tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    ____________________

    presspark.az/





    Şərhlər (Facebook)