----------------------------------------------------------------------------------------------------------------------------------------E-mel valeh-rufullayev@mail.ru

.





    {/info}

    Keçmiş icra başçısı azadlığa buraxıldı

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, M.Səfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, M.Səfərov məhkəmədən qaçdığı üçün barəsində axtarış qərarı çıxarılmışdı. Sabiq icra başçısı ilə birlikdə həbs olunan Rüstəm Bayramova da şərti cəza verilmişdi.

    İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsura qarşı dələduzluq ediblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    R.Bayramovun barəsində həbs-qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri təyin olunmuşdu.

    ____________________

    presspark.az . Valeh Rufullayev





    Şərhlər (google